• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bu günün alimi“ inşa-yazı müsabiqəsi başa çatıb

Azərbaycan məktəbliləri arasında keçirilən “Bu günün alimi“ (Scientist for a day) inşa-yazı müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) və Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə keçirilib. 

Cari ildə "Bir alim kimi düşünün və növbəti yerləri araşdırmaq üçün qərar verin!" mövzusunda keçirilən müsabiqədə V-XI sinif şagirdləri iştirak ediblər. Müsabiqəyə 50 inşa-yazı göndərilib və onlardan yalnız 38-i ilkin şərtlərə cavab verərək qiymətləndirmə mərhələsinə keçib.

Yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş karantin rejimi ilə əlaqədar olaraq müsabiqə qaliblərinin elan olunması ilə bağlı tədbir onlayn platformada təşkil olunub. 

Yarımfinal mərhələsinə vəsiqə almış 7 inşanın qiymətləndirilməsi isə onlayn qaydada həyata keçirilib və I, II, III yerlər müəyyənləşdirilib. Müsabiqənin nəticələrinə əsasən, Bakı şəhəri 214 nömrəli ümumtəhsil məktəbinin XI sinif şagirdi Elvin İbrahimov I, Bakı şəhəri 18 nömrəli ümumtəhsil məktəbinin VII sinif şagirdi Aytac Əsgərova II və həmin məktəbin VIII sinif şagirdi Sevil Məmmədzadə isə III yerə layiq görülüb. I yeri qazanan inşa-yazının qalibi növbəti seçim turuna vəsiqə qazanaraq NASA-ya göndəriləcək, NASA alimləri və mühəndisləri ilə birgə telekonfrans və ya video-konfranslarda iştirak edəcək.

Qeyd edək ki, sözügedən müsabiqə 2015-ci ildən etibarən ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) tərəfindən məktəblilərin gələcək kosmik missiyalara diqqətini cəlb etmək və bu istiqamətdə elmi marağı artırmaq, həmçinin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə keçirilir. 


3 il əvvəl