• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

Aprelin 7-də “Qavaldaş” - zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin birinci mərhələsinə yekun vurulub.

Cari ilin 20 mart - 30 aprel tarixlərini əhatə edən onlayn müsabiqədə Böyük Britaniya, İsveçrə, Fransa, Türkiyə, Rusiya, Özbəkistan, Ukrayna, Gürcüstan və Belarusiyadan olan iştirakçılar, həmçinin Bakı şəhəri və respublikamızın digər regionlarında fəaliyyət göstərən musiqi məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iştirak edir.

4 yaş qrupu (7-11, 12-16, 17-21 və qarışıq yaş kateqoriyası) üzrə fərdi (solo) və kollektiv (ailədə zərb alətləri ilə məşğul olan bir neçə gənc olmaqla) formada təşkil olunan festival-müsabiqədə 20-si əcnəbi olmaqla 150 nəfərə yaxın iştirakçı qeydiyyatdan keçib.

Növbəti mərhələdə (7-19 aprel) iştirakçıların videoçarxları Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" səhifəsində yerləşdiriləcək. Sosial şəbəkədə yerləşdirən videoçarxlar zərb alətləri üzrə ustadlardan ibarət Beynəlxalq münsiflər heyəti tərəfindən həvəskar və peşəkar səviyyələr olmaqla elektron formada, eləcə də ictimai rəy və səs sayları nəzərə alınmaqla qiymətləndiriləcək. Sonda qaliblər “Qran Pri” kuboku, diplom və sertifikatlarla mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaq və gənclərin ev şəraitində asudə vaxtını səmərəli və faydalı təşkil etmək, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirmək, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, musiqi alətləri və mədəni irsimizin qorunması və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.


3 il əvvəl