• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən tibb işçilərinə dəstək

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları koronavirus infeksiyası ilə mübarizə aparan təcili tibbi yardım xidməti və tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə dəstək aksiyasına qoşulub.

Bakı şəhəri Səbail rayonu 3 saylı Təcili Yardım Stansiyası, 2 saylı poliklinika və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim heyəti və tibb bacıları daxil olmaqla, ümumilikdə 130 tibb işçisinə koronavirus infeksiyasından qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələrdən ibarət dəstlər təqdim edilib.

Qeyd edək ki, aksiya ölkəmizdə koronavirus infeksiyasının (COVİD - 19) yayılmasına qarşı həyata keçirilən profilaktik və mübarizə tədbirlərinə, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə işinə  dəstək məqsədi daşıyır.


4 il əvvəl