• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

IV qrant müsabiqəsinə sənədlərin qəbulu vaxtı uzadılır

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə sənədlərin qəbulu vaxtı uzadılır.

Belə ki, Azərbaycanda koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması məqsədilə sosial təcrid tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi səbəbindən, həmçinin müsabiqədə iştirak etmək istəyən şəxslər üçün daha əlverişli şəraitin yaradılması məqsədilə sənədlərin qəbulu vaxtı 18 aprel 2020-ci il saat  18:00-dək uzadılıb.

Müsabiqə üzrə yaranan suallarla bağlı grants@edu.gov.az elektron ünvanına müraciət edə bilərsiniz.


4 il əvvəl