• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı

Təhsil Nazirliyi və “Microsoft” şirkətinin əməkdaşlığı nəticəsində şagirdlər üçün “Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı yaradılıb.

“Minecraft Education Edition” təhsil üçün istifadə olunan və elm, texnologiya, mühəndislik, riyazi biliklərə əsaslanan oyundur. Bu resurs oynayarkən uşaqlarda alqoritmik düşüncə, proqramlaşdırma və kodlaşdırma bacarıqlarını formalaşdırır. Şagirdlər oyun zamanı müstəqil olaraq müxtəlif problemlərin həlli üçün strategiyalar hazırlamalı olurlar ki, bu da öz növbəsində onlarda qərarları üzərində düşünməyi və düzgün seçimlər etməyi öyrədir. Şagirdlər platforma vasitəsi ilə müxtəlif fənlər üzrə öz oyunlarını yaradır, yaratdıqları oyunlar üzrə sinif yoldaşları ilə əməkdaşlıq edə bilir və interaktiv təhsil mühitində birləşirlər.

Qeyd edək ki, Təhsil Nazirliyi və “Microsoft” şirkətinin tərəfdaşlığı əsasında Azərbaycan ümumi təhsil müəssisələrinin şagirdləri “Minecraft Education Edition” lisenziyalarını pulsuz olaraq əldə edəcək, oyuna daxil olduqda müxtəlif fənlər üzrə resurslara çıxışla təmin olunacaqlar. Bunun üçün www.video.edu.az portalında “Minecraft” keçidindən istifadə etməklə, açılan səhifədə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən istifadəçilərin elektron poçt ünvanlarına lisenziya məlumatları təqdim olunacaq və onlar bu məlumatlarla “Microsoft Minecraft Education”, həmçinin “Microsoft Office 365” proqram təminatlarını pulsuz yükləmək imkanı əldə edəcəklər.


4 il əvvəl