• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Belarus Respublikasında təhsil imkanı

Belarus Respublikasının Təhsil Nazirliyi informasiya texnologiyaları sahəsi üzrə 2020-2021-ci tədris ili üçün təqaüdlə təhsil imkanı təqdim edir.

Bakalavriat səviyyəsi üzrə elan edilən proqram çərçivəsində tədris rus ya belarus dillərində aparılacaq. 

Təqaüd proqramına iddiaçılar üçün son müraciət tarixi 31 mart 2020-ci ildir.

Təqaüd proqramı ilə bağlı ətraflı məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.


4 il əvvəl