• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Könüllülüyün təbliği ilə bağlı qrant müsabiqəsi

Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsi elan edir.

Müsabiqə tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin dünyagörüşünün genişləndirilməsi, maraq dairələri üzrə klubların yaradılması, müvafiq təlim kurslarının və digər işlərin təşkili məqsədi ilə həyata keçirilir.

Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər.

Layihələrin qəbuluna 5 mart 2020-ci il tarixdən başlanılır. Təkliflər 17 mart 2020-ci ilədək təqdim olunmalıdır.

Qrant müsabiqəsi barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.


4 il əvvəl