• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir

Koronavirus (COVİD - 19) infeksiyasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Bakı, Sumqayıt,  Şirvan, Gəncə şəhərləri, Xaçmaz, Ucar, Qax, Qazax, Ağdam, Samux, Ağsu rayonları da daxil olmaqla digər şəhər və rayonlarda profilaktik tədbirlər intensivləşdirilib. Görülən işlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təhsil müəssisələrində martın 3-dən 9-dək tədris prosesi dayandırılıb. Bu müddət ərzində  Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.


4 il əvvəl