• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müddətsiz əmək müqaviləsi əsasında işləmək istəyən müəllimlərin nəzərinə

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə start verilir.

Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 2-6 mart tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.

Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə musiqi və təsviri incəsənət fənləri üzrə 30, digər fənlər üzrə 36 bal müəyyən edilib.

Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdiriləcək.


4 il əvvəl