• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xocalı dərsi

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq.

Təhsil Nazirliyinin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslərdə şagirdlərə XX əsrin ən böyük faciəsi barədə ətraflı məlumat veriləcək, Vətənə məhəbbət hissləri təbliğ olunacaq.

Tədbirlər Planına uyğun olaraq, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlərin keçirilməsi, sənədli və bədii filmlərin nümayişinin təşkil edilməsi nəzərdə tutulub.

Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.


4 il əvvəl