• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Macarıstanda 2020-2021-ci tədris ili üçün təqaüd proqramı

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir. Magistratura səviyyəsi üzrə elan olunan təqaüd proqramının təhsil müddəti iki ildir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri 28 fevral 2020-ci il tarixinədək REU-Scholarship@fao.org elektron poçt ünvanına göndərməlidirlər. Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatla elan vasitəsilə məlumat almaq mümkündür.

 


4 il əvvəl