• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gənclər üçün Prezident mükafatına layiq görülənlər

Ötən gün ölkə Prezidenti cənab İlham Əliyev 2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir sıra gənc mükafata layiq görülüb.

2020-ci il Gənclər üçün Prezident mükafatına layiq görülmüş gənclərdən biri Murad Ağazadə riyaziyyat fənni üzrə respublika fənn olimpiadalarında 5 qızıl və beynəlxalq fənn olimpiadalarında 5 gümüş, 6 bürünc medal olmaqla ümumilikdə 16 medal əldə edib. O, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdidir.

SABAH tələbəsi Ziya Ağayev də bu gənclər sırasındadır. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti ixtisası üzrə IV kursda təhsil alır. Ziya Ağayev “British Council”ın  "Unlimited" proqramının tərkib hissəsi kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyinin SABAH qruplarının tərəfdaşlığı ilə keçirilən "Bir günəş altında"  layihəsinin iştirakçısı olub.  Ötən il Rusiyanın Moskva şəhərində keçirilən  “Rusiya Dövlət Teatr Sənəti İnstitutu (DTSİ) ustad-dərsi” adlı MDB ölkələri tələbələrinin Teatr festivalında “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb.

 Sərvinaz Hacıyeva isə iki dəfə Erasmus+ layihəsi çərçivəsində təhsil və elmi-tədqiqat məqsədli tələbə mübadilə qrantlarının qalibi olub.  7 məqaləsi “Web of Science” bazasına daxil olub. 2019-cu ildə keçirilən "İdeya var!" startap müsabiqəsində 3-cü yeri qazanıb.


4 il əvvəl