• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Fevralın 23-də cari tədris ili üçün Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

Yarımfinal turu Bakı şəhərində 6, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 11 mərkəz olmaqla ümumilikdə 18 mərkəzdə təşkil ediləcək.

Şagirdlərin yarımfinal tur üçün qeydiyyat və yerləşdirilməsi prosesi www.olimpiada.edu.az saytı vasitəsilə 15 fevral 2020-ci il tarixinə qədər həyata keçirilir.

Qeyd edək ki, Respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi yanvarın 12-də 33784 şagirdin iştirakı ilə keçirilib. Qaydalara əsasən, respublika mərhələsinin yarımfinal turunda rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və əvvəlki tədris ilində beynəlxalq olimpiada qalibi olmuş məktəblilər (ümumilikdə 5396 nəfər) iştirak etmək hüququ qazanıb. Bu mərhələdə IX sinif və xüsusi istedadı ilə seçilən VIII sinif şagirdləri aşağı yaş qrupu, X və XI sinif şagirdləri yuxarı yaş qrupu üzrə yarışacaqlar. Yarımfinal turunda ən çox iştirakçı 1387 nəfər olmaqla Azərbaycan dili və ədəbiyyat fənni üzrə,  ən az iştirakçı isə 161 nəfər olmaqla informatika fənni üzrədir.

Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.


4 il əvvəl