• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

UFAZ-da magistratura proqramının təqdimatı olub

Fevralın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2020-2021-ci tədris ilindən etibarən fəaliyyətə başlayacaq magistratura proqramının təqdimatı keçirilib.

Tədbirdə ADNSU-nun rektoru Mustafa Babanlı bildirib ki, UFAZ-da magistratura təhsili tətbiqi kompüter elmləri, geofizika, fiziki kimya və kimya mühəndisliyi ixtisasları üzrə aparılacaq. İki illik nəzərdə tutulan magistratura proqramının sonunda məzunlara iki diplom (ADNSU və Unistra) veriləcək. Bakalavrda olduğu kimi, magistratura proqramı üzrə də tədris ingilis dilində aparılacaq. Rektor qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistratura imtahanından 70-dən çox bal toplayan bütün yerli və xarici tələbələr bu proqram üzrə sənədlərini təqdim edə bilərlər. Hər 3 ixtisas üzrə magistratura təhsili Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilir.  UFAZ-da magistratura üzrə qəbul imtahanının aprelin 27-də keçirilməsi nəzərdə tutulur.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib ki, Fransanın Azərbaycanla həyata keçirildiyi ikili diplom proqramı daha uğurlu alınıb.

UFAZ-ın uğurlu layihə olduğunu deyən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev vurğulayıb ki, bu il 129 nəfər UFAZ-ın bakalavr pilləsini bitirəcək. Yaqub Priyevin sözlərinə görə, UFAZ-ın ilk bakalavr buraxılışı bu ali təhsil müəssisəsində keyfiyyət göstəricisinin 90 faizdən çox olduğunu göstərir.

UFAZ-ın elmi eksperti, professor Pyer Kollet da öz növbəsində diqqətə çatdırıb ki, magistr proqramındakı ixtisaslar üzrə 80 yer nəzərdə tutulur. Bu pillədə təhsil alan tələbələr tədrisin ikinci ilindən etibarən Fransada tədqiqat aparmaq üçün təqaüd əldə etmək imkanı da qazanacaqlar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


4 il əvvəl