• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Koreya Respublikası İnha Universitetinin nümayəndə heyəti ilə görüşüb

Yanvarın 31-də Təhsil naziri Ceyhun Bayramov Koreya Respublikasının İnha Universitetinin Qlobal təhsil layihələri qrupunun dekanı Kiyon Çöhün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti arasında mühəndislik ixtisas istiqaməti üzrə beynəlxalq ikili diplom proqramının təsis edilməsi istiqamətində müzakirələr aparılıb. Bu məqsədlə hər iki universitet arasında imzalanmış anlaşma memorandumu yüksək qiymətləndirilib.

Görüşdə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op da iştirak edib.


4 il əvvəl