• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu 

Yanvarın 31-də Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.

Mərasimdə Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Cənubi Koreyanın İnha Universitetinin Qlobal təhsil layihə qrupunun dekanı Kiyon Çöh və digər qonaqlar iştirak ediblər.

Tədbirdə ikili diplom proqramı sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bildirilib ki, Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İnha Universiteti arasında ikili diplom proqramının həyata keçirilməsi hər iki universitetdə təhsilin inkişafına əlavə töhfələr vermiş olacaq. Tərəflərin gələcəkdə informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, inşaat mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramını həyata keçirməyi nəzərdə tutduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, memorandum hər iki universitetin tələbələri üçün beynəlxalq təhsil imkanlarını, fakültə və işçilər üçün peşəkar inkişaf, eləcə də tədqiqat imkanlarını artıracaq, qurumlararası əlaqənin daha da inkişafını təmin edəcək. Sənədə uyğun olaraq tərəflər tələbə, müəllim heyəti, elmi materialların mübadiləsini, ikili diplom proqramı kimi ortaq təhsil layihələrini həyata keçirəcəklər.


4 il əvvəl