• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini STEAM layihəsinin tətbiq olunduğu məktəblərdə

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “STEAM Azerbaijan” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq üçün Bakı şəhəri 220, 245 və 114 nömrəli tam orta məktəblərdə  olub.

Nazir müavini STEAM dərslərini tədris edən müəllimlərlə görüşüb, STEAM məzmununun mənimsənilmə səviyyəsi, yeni metodologiya, konsepsiya və yanaşmaların müəllimlər tərəfindən tətbiqi ilə maraqlanıb. Həmçinin təhsilalanların dərs prosesi zamanı  hazırladıqları əl işləri və kiçik layihələrlə tanış olub.

Daha sonra STEAM dərslərinin tədrisi və gözləntilərə dair geniş müzakirələr aparılıb.

Qeyd edək ki, 2019-2020-ci tədris ilindən etibarən 42 ümumtəhsil məktəbində “STEAM Azerbaijan” layihəsinin tətbiqinə başlanılıb.


4 il əvvəl