• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Ceyhun Bayramov: “Yüksəliş” müsabiqəsi istedadlı şəxslərlə işin təşkilində növbəti addımdır”

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Təhsil naziri Ceyhun Bayramov istedadları ilə fərqlənən şəxslərə dəvət ünvanlayıb: “Yüksəliş” müsabiqəsi dövlətin istedadlı şəxslərlə işin təşkilində növbəti addımı və onların inkişafına yönələn tədbirlərin davamıdır”.

Daha ətraflı https://yukselish.az/

 


4 il əvvəl