• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

Yanvarın 17-də Təhsil naziri Ceyhun Bayramov ölkəmizi yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadası və XVI Beynəlxalq Jautikov Olimpiadasında uğurla təmsil edən məktəblilərlə görüşüb.

Görüşdə Təhsil naziri Ceyhun Bayramov olimpiada qaliblərini qazandıqları uğur münasibətilə təbrik edərək bu uğurların davamlı olacağına əminliyini bildirib. Təhsil naziri müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, həmçinin son illərdə təhsilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirləri, məktəblilərimizin beynəlxalq səviyyədə qazandığı uğurları diqqətə çatdırıb.

Sonra nazir məktəblilərə öz tövsiyələrini verib, onlara yeni-yeni nailiyyətlər arzulayıb.

Görüşün sonunda olimpiada qaliblərinə hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal əldə ediblər. 

Qətərin paytaxtı Dohada keçirilən Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasında isə məktəblilərimiz 4-ü gümüş, 2-si bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.

 


4 il əvvəl