• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına ( AGMA)  üzv olmaq üçün ölkəmizin 67 bölgəsindən olan 2644 nəfər müraciət edib.

Assosiasiyaya üzvlük üçün qeydiyyat prosesi davam edir. Üzv olmaq istəyən müəllimlər  http://qeydiyyat.agma.az linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Ötən il Şəkidə respublikanın 7 bölgəsini əhatə edən 30 gənc müəllimin iştirakı ilə  “Azərbaycan Gənc Müəllimlərinin I Yay Məktəbi” təşkil edilib.

Qeyd edək ki, 28 noyabr 2018-ci il tarixində  Azərbaycan Müəllimlərinin XV Qurultayında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının yaradılması haqqında ilkin təşəbbüs irəli sürülub. 


4 il əvvəl