• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qeydiyyat yekunlaşır

Yanvarın 15-də Təhsil Nazirliyinin SABAH qruplarında 2019-2020-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqəyə qeydiyyat bu gün yekunlaşır.

İndiyədək 348 namizəd müsabiqədə iştirak üçün qeydiyyatdan keçib.

Müsabiqəyə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik,  dinamik, pozitiv və ünsiyyətcil namizədlər qatıla bilərlər.

Qeyd edilən tələblərə cavab verən namizədlər bu gün saat 24:00-dək müraciət formasını (https://forms.gle/PKmsbF618C9spByc7) doldurmalıdırlar. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu iki fənn üçün müraciət edə bilər.

Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/sabah-qruplarina-2019-2020-ci-tedris-ilinin-yaz-semestrine-muellim-qebulu daxil olaraq əldə edə bilərsiniz.


4 il əvvəl