• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Bakı şəhəri 220 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Gülyana Özcana həsr olunub. Gülyana Özcan 2011-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək hazırda pedaqoji fəaliyyətini davam etdirdiyi məktəbdə fiziki tərbiyə fənnini tədris etməyə başlayıb. 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilin inkişafı sahəsində xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə fəxri fərmanla təltif olunub. 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub.

Gülyana Özcan həmçinin 2016-ci ildən “eTwinning Plus” layihəsinin üzvüdür. Layihə çərçivəsində beynəlxalq və milli konfranslarda iştirak edən müəllim "Ənənəvi idman və oyunlar - qeyri-maddi mədəni irsin nümunələri", “Futbol bütün dünyadır" kimi layihələrdə çalışı, “eTwinning Plus” layihələri üzrə keyfiyyət nişanına layiq görülüb. Müəllifi olduğu “Oyunları mübadilə edək” layihəsinə Azərbaycan, Gürcüstan, Hollandiya və digər ölkələrin müəllim və şagirdləri qoşulub. Gülyana Özcan qeyd edir ki, bu cür beynəlxalq layihələrdə iştirak şagirdlərdə fiziki tərbiyə məşğələlərinə marağı artırır. Bu isə öz növbəsində şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafın təmin olunmasına müsbət təsir göstərir.

Peşəsinə böyük sevgi ilə yanaşan müəllim şagirdləri ilə birgə idman yarışlarında nailiyyətlər əldə edir. 

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.


4 il əvvəl