• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Gəncə şəhəri İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Elvin Bəkirova həsr olunub. Gənc müəllim Elvin Bəkirov 2011-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək Şəmkir rayonu Pravda şəhər tam orta məktəbində ingilis dili müəllimi olaraq pedaqoji fəaliyyətə başlayıb. 2014-cü ildən isə Gəncə şəhəri  27 nömrəli məktəb-liseydə fəaliyyətini davam etdirir. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yüksək nəticə göstərərək 60 bal toplayıb. “Müəllimlərin təkmilləşdirilməsi və inkişafı” (TEA) proqramının qalibi olan Elvin Bəkirov ABŞ-da keçirilən və 80 ölkədən nümayəndələrin qatıldığı beynəlxalq təlimdə qabaqcıl müəllim kimi iştirak edib.

Elvin Bəkirov deyir ki, bu peşəni öz müəllimlərindən ilhamlanaraq seçib. Onun sözlərinə görə, müəllim olmaqla insan öz ölkəsinin, ən azından ətrafının həyatını dəyişir. Müəllim olmaq bir cəmiyyətin sabahını müəyyənləşdirmək deməkdir. O, şagirdlərinin ingilis dili bacarıqlarını inkişaf etdirmək üçün müasir tədris metodlarından faydalandığını bildirir: “Bütün fənlərin öyrətmə üsulları müəyyən dərəcədə fərqlənir. İngilis dili fənninin tədrisində ən vacib məsələlərdən biri şagirdlərin dinləmə bacarıqlarıdır. Dərsdə texnoloji bilik və bacarıqlardan hər zaman istifadə edirəm. Həmçinin dinləmə və yazı qabiliyyətlərini yeni üsul və vasitələrlə inkişaf etdirməyə çalışıram”.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.


4 il əvvəl