• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şabran rayonu Pirəmsən kənd tam orta məktəbində pedaqoji fəaliyyətlə məşğul olan Ağaəli Hümbətova həsr olunub.

Ağaəli Hümbətov sözügedən məktəbdə riyaziyyat fənnini tədris edir. O, 2019-cu ildə keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğurla iştirak edərək 50 bal toplayıb.

Müəllimi cəmiyyətin sütunu hesab edən və buna görə də bu peşəni seçən Ağaəli Hümbətov riyaziyyat fənninin incəliklərini şagirdlərinə sevə-sevə öyrədir. Ağaəli müəllim deyir ki, bu peşənin sahibi olanlar hər bir şagirdin fikrinə hörmətlə yanaşaraq tolerantlıq nümayiş etdirməlidir.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.


4 il əvvəl