• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Lənkəran rayonu Ürgə kənd tam orta məktəbinin müəllimi Yaşar Kazımova həsr olunub. Yaşar Kazımov sözügedən məktəbdə biologiya fənnini tədris edir. O, 2016-cı ildə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 59 bal toplayıb.

Yaşar Kazımov deyir ki, müəllim daim mütaliə etməyə həvəsli olmalıdır. 

Yaşar müəllim xüsusi fəaliyyətinə görə cari tədris ilində Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.


4 il əvvəl