• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Çin Xalq Respublikası təqaüd proqramı elan edir

Çin Xalq Respublikasının Tsinqua Universiteti İctimai Sağlamlıq üzrə Beynəlxalq Magistratura (İnternational Master of Public Health) proqramına qəbul elan edir. “Çinin mükəmməl gəncliyi sxemi-magistratura proqramı üzrə Çin Hökümətinin Təqaüdü” (Youth of Excellence Scheme of China-Master of Chinese Government Scholarship) layihəsi çərçivəsində elan edilən təqaüd proqramı 2020-2021-ci tədris ilini əhatə edir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 2020-ci il martın 1-dək http://gradadmission.tsinghua.edu.cn/f/login  elektron ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Təqaüd proqramı barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə etmək mümkündür.


4 il əvvəl