• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Your English Voice” adlı ingilis dili müsabiqəsinin açılış mərasimi keçirilib

Oktyabrın 31-də Təhsil Nazirliyinin SABAH qrupları layihəsi və “British Council”ın təşkilatçılığı ilə tələbələr üçün keçiriləcək “Your English Voice” adlı ingilis dili müsabiqəsinin rəsmi açılış mərasimi baş tutub.

Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin başçısı Samr Şah, dövlət ali təhsil müəssisələrinin rektorları, dekanlar, eləcə də tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov əvvəlcə ölkədə həyata keçirilən təhsil islahatlarının  gənclərə yüksək keyfiyyətli təhsil almaq imkanı yaratdığını diqqətə çatdırıb. Təhsil naziri bildirib ki, hazırda yerli ali təhsil müəssisələrinin xarici universitetlərlə birgə həyata keçirdiyi mübadilə proqramları tələbələrin dil biliklərinin daha da yaxşılaşmasına imkan yaradır. SABAH qrupları ilə bağlı ətraflı məlumat verən Ceyhun Bayramov ali təhsilin keyfiyyətinin yüksəldilməsində layihənin xüsusi rolunu vurğulayıb və qeyd edib ki, layihə hazırda 2400-dən çox tələbəni əhatə edir. 

Təhsil naziri müsabiqənin əhəmiyyətinə toxunaraq bu gün tələbənin sadəcə universitet daxilində biliyə yiyələnməklə kifayətlənməli olmadığını, həmçinin ictimai həyatda fəallıq göstərməli olduğunu qeyd edib. Nazir çıxışının sonunda müsabiqənin iki ölkənin təhsil müəssisələri arasında səmərəli əməkdaşlıqların qurulmasına və mövcud əməkdaşlıqların möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da öz növbəsində ingilis dilinin öyrənilməsində “British Council” təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. Baronessa Emma Nikolsonun sözlərinə görə, müsabiqə ölkələr arasındakı əməkdaşlığa töhfə verəcək. I yerin 2 qalibinə “British Council” tərəfindən Böyük Britaniyanın aparıcı yay məktəblərindən birində 2 həftəlik ingilis dili kursu imkanı yaradılacaq. II və III yerin qalibləri isə müxtəlif hədiyyələrlə təltif olunacaqlar.

“British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Sarm Şah da deyib ki, ilk dəfə keçirilən müsabiqədə ali təhsil müəssisələrinin II və III kurs tələbələri iştirak edə bilərlər. “Your English Voice” müsabiqəsinin təşkil olunmasının əsas məqsədi tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.


4 il əvvəl