• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Gəncə şəhəri 31 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nurlana Mirzəyevaya həsr olunub.

Nurlana Mirzəyeva 2015-2019-cu illərdə Gəncə Dövlət Universitetinin ibtidai sinif müəllimliyi ixtisasında təhsil alıb. 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 53 bal toplayıb.

Cari tədris ilindən pedaqoji fəaliyyətə başlayan Nurlana Mirzəyeva deyir ki, dərs zamanı şagirdlərin dərsdən yorulmaması, əyləncəli bir şəkildə mövzunu mənimsəmələrinə çalışır. Nurlana Mirzəyeva şagirdlərini sevərək öyrədən müəllimin bu sevginin qarşılığını hər zaman alacağına inanır. Gənc müəllim düşünür ki, müəllim hər bir uşağın imkanlarına inanmalı, şagirdlərin bacarıqlarını inkişaf etdirmək cəhdlərini stimullaşdırmalı və dəstəkləməlidir.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.


4 il əvvəl