• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH mərkəzində “Sillabus tərtibi” adlı təlim 

Bakı Dövlət Universitetinin SABAH mərkəzində “Sillabus tərtibi” adlı təlim keçirilib.

Təlimin əsas məqsədi SABAH müəllimlərinə sillabusun düzgün tərtibi və istifadə qaydalarını çatdırmaq olub. Təlim Bakı Dövlət Universiteti  və UNEC SABAH mərkəzlərinin rəhbərləri tərəfindən keçirilib. Təlimə ali təhsil müəssisələrindən ümumilikdə 40 müəllim cəlb olunub.

Təlim zamanı iştirakçılara sillabusun strukturu, o cümlədən tədris prosesində onun istifadə qaydaları haqqında məlumat verilib.

Sonda təlimi uğurla başa vuran müəllimlər sertifikatla təltif olunub.

Qeyd edək ki, sözügedən təlimlərin 2019-2020 tədris ilinin yaz semestrində də keçirilməsi nəzərdə tutulur.


4 il əvvəl