• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Sabirabad rayonu Bulaqlı kənd V.Quliyev adına tam orta məktəbinin ingilis dili müəllimi Rəqsanə Haqverdiyevaya həsr olunub. Rəqsanə Haqverdiyeva 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 47 bal,  2018-ci ildə isə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 49 bal toplayıb.

Rəqsanə Haqverdiyeva  həftədə 3 gün uzun məsafə qət edərək Bakıdan Bulaqlı kəndinə dərs deməyə gəlir. Hər zaman kənd uşaqlarına dərs demək, onlara dəstək olmaq arzusunda olan Rəqsanə Haqverdiyeva deyir ki, işə qəbul imtahanı onu bu istəyinə aparan bir yol olub. O düşünür ki, kənd məktəbində təhsil vermək çətin deyil, sadəcə məsuliyyətin böyük olduğunu dərk etməlisən. Rəqsanə müəllim bildirir ki, şagirdlərinin sevgisi, ingilis dili fənninə maraq göstərərək səylə çalışmaları qarşılaşdığı çətinlikləri dəf etməyə köməklik göstərir. Onun fikrincə, əsl müəllim öyrətməkdən çox, şagirdlərində öyrənmək istəyi yaratmağı bacarmalıdır.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.


4 il əvvəl