Vətəndaşlarla iş bölməsinə 29 809 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 29 809 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 24 292 zəng qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 517 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 855 sənəd (1 067 ərizə, 788 məktub) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox I sinfə, məktəbəhazırlıq qruplarına qəbul, şagirdlərin elektron yerdəyişməsi, tələbələrin köçürülməsi, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu və digər məsələləri əhatə edib.
4 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30