• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri “Məktəblinin dostu” və “STEAM Azərbaycan” layihələri üzrə keçirilən təlimləri izləyib

Sentyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində olub. Təhsil naziri mərkəzdə “Məktəblinin dostu” və “STEAM Azərbaycan” layihələri üzrə keçirilən təlimlərin gedişini izləyib, təlimçi və iştirakçılarla görüşüb.

Hər iki layihə barədə Təhsil nazirinə ətraflı məlumat verilib.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi üzrə təlimlər sentyabrın 11-dək, “STEAM Azərbaycan” layihəsi üzrə təlimlər isə bu ayın 14-dək davam edəcək.


4 il əvvəl