• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı

Avqustun 2-də Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

Konfrans zamanı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə mətbuat nümayəndələrinə geniş məlumat verib. Bildirilib ki, bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial  İnnovasiyalar  üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, peşə təhsili müəssisələrinə ərizə qəbulunun 5–20 avqust 2019-cu il tarixlərində “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. 

Həmçinin peşə təhsili ilə bağlı mövcud pilot layihələr və 2019-2020-ci tədris ilində qəbulu nəzərdə tutulan yeni ixtisaslar barədə məlumat verilib.

Konfransda iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev sənəd qəbulu prosesində “ASAN xidmət” mərkəzlərinin və könüllülərin rolundan söz açıb.

Tədbirdə sənəd qəbulu prosesinin rahat, şəffaf və obyektiv şəkildə təşkili ilə bağlı müzakirələr aparılıb.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.                        

                                                              


4 il əvvəl