• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

İyulun 19-da Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası çərçivəsində ölkəmizdə təşkil olunmuş Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb.

Tədbirdə çıxış edən Firudin Qurbanov iki ölkə arasında yüksək səviyyəli siyasi və tarixi əlaqələrə toxunub. Nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onun müsbət nəticələri barədə qonaqlara məlumat verib. Firudin Qurbanov həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsinin bir çox istiqamətləri üzrə geniş əməkdaşlığın mövcudluğunu vurğulayıb və birgə həyata keçirilən layihələrlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbir çərçivəsində Azərbaycanda ali təhsil sistemi və beynəlxalq əməkdaşlıq sahəsində vəziyyətlə bağlı məruzələr dinlənilib.

Qeyd edək ki, 15-21 iyul 2019-cu il tarixlərində keçirilən Tələbə Yay Məktəbi Sumqayıt Dövlət Universiteti tərəfindən təşkil olunub. Tələbə Yay Məktəbində Rusiya Federasiyası və yerli ali təhsil müəssisələrinin ümumilikdə 70-ə yaxın tələbəsi iştirak edir.


4 il əvvəl