• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllimlərin işə qəbulu imtahanları davam edir

İyulun 17-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. Bu gün keçirilən imtahanlarda  ibtidai sinif müəllimi olmaq istəyən namizədlər iştirak edir. İmtahana 3280 namizədin qatılacağı gözlənilir.

Qeyd edək ki, iyulun 16-da keçirilən ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 881 namizəd iştirak edib. Namizədlər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məzunu Aysel Məmmədova və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Sara Xəlilova 58 bal toplayaraq yüksək nəticə əldə ediblər.

İmtahanlar iyulun 24-dək davam edəcək.


4 il əvvəl