• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

İyulun 10-da “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində görülən işlərə və əldə olunan nailiyyətlərə həsr olunmuş konfrans keçirilib.

Konfransda iştirak edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Avropa Ittifaqı ilə ölkəmiz arasındakı sıx əməkdaşlığın önəmindən və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyindən bəhs edib. Həmçinin səfir rəqabətqabiliyyətli kadr təminatının hazırlığı prosesinə dəstək göstərməkdən məmnunluq duyduğunu qeyd edib.

Daha sonra Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkə üzrə direktoru Sonia Fontaine çıxış edərək duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaranmasında özəl sektorun xüsusi rolunu vurğulayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili isə öz növbəsində tədris prosesinin müxtəlif mərhələlərində özəl sektor nümayəndələrinin iştirakının vacibliyini qeyd edib və onları daha yaxından əməkdaşlığa səsləyib.

Konfransın növbəti hissəsində layihənin ekspertləri görülmüş işlər, pilot peşə təhsili müəssisələri üçün hazırlanmış Strateji İnkişaf Planları, layihə müddətində özəl sektorla duala bənzər PTT üzrə qurulmuş əməkdaşlıq əlaqələri, tələbələr üçün təşkil olunan istehsalat təlimi və təcrübəsi, pilot peşə təhsili müəssisələrinin rəhbər və mühəndis-pedaqoji heyəti, eləcə də müəssisə daxili təlimçilər üçün təşkil olunan təlimlər və digər fəaliyyətlər çərçivəsində əldə olunan təcrübə və öyrənilən dərslər barədə iştirakçıları məlumatlandırıblar.

Konfrans çərçivəsində pilot peşə təhsili müəssisələri və əməkdaşlıq edilən müəssisələrin rəhbərlərinin  iştirakı ilə panel müzakirəsi təşkil olunub.

ED VET layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə təhsili müəssisində Almaniyanın duala bənzər peşə təhsili və təlimi (PTT) yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.


4 il əvvəl