• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təbəssüm” beynəlxalq festivalın qalibi olub

Polşanın Lodz şəhərində IX Beynəlxalq Folklor Yaradıcılıq Festivalı (“Folkowe inspiracje”) keçirilib.

Xoreoqrafiya, vokal, teatr, instrumental musiqi, foto və video nominasiyaları üzrə təşkil olunan festivala 12 ölkədən 600-dən çox iştirakçı qatılıb. Festivalda 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu da iştirak edib.

“Təbəssüm” rəqs qrupunun “Xoreoqrafiya” nominasiyası üzrə nümayiş etdirdiyi “Odlar yurdu” rəqsi I yerə və festivalın “Qızıl qayıq” mükafatına layiq görülüb.

Festival çərçivəsində təşkil olunan ölkə təqdimatlarında və ustad dərslərdə fəal iştiraklarına görə dərnək rəhbəri Roza İsmayılova “Gümüş qayıq” mükafatı, mərkəzin direktoru Əminə Musayeva isə diplomla təltif olunub.


4 il əvvəl