• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dövlət Proqramı məzunları - Xatirə Hüseynəliyeva

Layihədə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alan məzunlardan söz açılacaq.

Layihənin ilk təqdimatı Xatirə Hüseynəliyevaya həsr olunub.

Xatirə Hüseynəliyeva İtaliyanın Milan şəhərində yerləşən Sənaye Dizaynı Məktəbində sənaye dizaynı ixtisası üzrə magistraturanı bitirib. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dizayn kafedrasında müəllim işləyir.

 


4 il əvvəl