• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Mən SABAHın məzunuyam”

İyulun 5-də  “Mən SABAHın məzunuyam” mərasimi keçirilib.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva,  Təhsil naziri Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rektorları, SABAH qruplarının əməkdaşları və tələbələr iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar “Mən SABAHın məzunuyam” adlı sərgi ilə tanış olublar.

Tədbirdə SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Təhsil naziri Ceyhun Bayramov tədbirdə çıxış edərək SABAH qruplarının bu gün ölkəmizin ali təhsil sistemində xüsusi yer tutduğunu və xüsusiyyətini diqqətə çatdırıb. Nazir bildirib ki, SABAH layihəsi ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmiş "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq ali təhsil sistemində keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi məqsədilə başladılıb.

Ceyhun Bayramov qeyd edib ki, hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir və müasir tədris laboratoriyası funksiyasını yerinə yetirir.

SABAH tələbələrinin uğurlu fəaliyyətindən söz açan Təhsil naziri 288 SABAH tələbəsinin bu il magistratura pilləsinə qəbul olunduğunu xüsusi  qeyd edib.

Nazir SABAH məzunlarının uğurlu fəaliyyətinə toxunaraq bir daha bütün məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzu edib.

Mərasimdə rəmzi SABAH açarı III kurs tələbələrinə verilib.

Sonda SABAH qruplarının himni  səsləndirilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.

2018-2019-cu tədris ilində 701 SABAH məzunu təhsilini başa vurur.


4 il əvvəl