• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin ikinci turunun nəticələri

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin ikinci mərhələsinin nəticələri açıqlanıb.

Layihənin ikinci – qiymətləndirmə mərhələsində iştirak hüququ qazanmış 325 namizəd elektron formada 30 sualdan ibarət məntiqi tapşırıqları yerinə yetiriblər.

İkinci turda 19 və ya yuxarı bal toplayan 118 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Həmin namizədlərlə əlaqə saxlanılaraq növbəti mərhələnin keçirilmə tarixi barədə məlumat veriləcək.

Təhsil Nazirliyinin və Təhsil İnstitutunun birgə elan etdiyi layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil  işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.


4 il əvvəl