• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Aytac Kazımlıya həsr olunub. Uşaqlıqdan müəllim olmağı arzulayan Aytac Kazımlı 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 50 bal toplayıb. Hazırda Masallı rayonu Ərkivan qəsəbə (Bədirli kənd) Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir.

Şagirdlərinin istedadına inanan Aytac Kazımlı yeni tədris metodları ilə onların dərsə marağını artırmağa çalışır. Sevdiyi peşə ilə məşğul olduğunu deyən Aytac müəllim savadlı və ağıllı fərdlər yetişdirməyi qarşısına məqsəd qoyub.

Layihə ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.


4 il əvvəl