• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb

ADA Universitetində “İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər” şüarı altında keçirilən 4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb.

2 gün davam edən konfransda “Dayanıqlı İnkişaf Məqsədləri IV hədəflərinin təsirli reallığa çevrilməsi”, “Dayanıqlı İnkişaf Məqsədləri və ali təhsilin keyfiyyəti”, “Təhsildə elitizm: üstünlükləri və çatışmazlıqları” və “Təhsildə liderlik - qlobal biliklər” mövzularında bölmə iclaslarında məruzələr dinlənilib və müzakirələr aparılıb.

Xatırladaq ki, konfrans ADA Universiteti, Təhsil Nazirliyi, Dünya Bankı və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilib.

Konfrans təhsil sahəsindəki problemlərin araşdırılmasına marağı artırmaq, islahatların daha çox tədqiqatyönümlü olmasına imkan yaratmaq, yerli və beynəlxalq təcrübəni bir araya gətirmək, gəncləri tədqiqata cəlb etməklə onların müvafiq sahədə bacarıqlarını artırmaq məqsədilə təşkil edilib.

AZƏRTAC


4 il əvvəl