• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“İdman – sağlamlıq, dostluq, birlik...” rəsm müsabiqəsi

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin Baş katibinin müavini Azər Əliyev, münsiflər heyətinin üzvləri, məktəb direktorları və digər rəsmi şəxslər iştirak ediblər.

Bakı şəhərində fəaliyyət göstərən 45 ümumtəhsil məktəbindən 6-10 və 11-14 yaş kateqoriyaları üzrə müsabiqəyə buraxılan 159 rəsm işindən 6-sı I yer, 12-si II yer və 16-sı III yerə layiq görülüb. Qiymətləndirmə münsiflər heyəti tərəfindən və sosial şəbəkə vasitəsi ilə aparılıb.

Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

Müsabiqə Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 20-28 iyul tarixlərində nəzərdə tutulan Avropa Gənclərinin 15-ci Yay Olimpiya Festivalı çərçivəsində həyata keçirilib.

Müsabiqənin məqsədi Yay Olimpiya Festivalı haqqında məktəbliləri məlumatlandırmaq, olimpiya hərəkatını tanıtmaq, şagirdlərdə tolerantlıq, sülh, həmrəylik, dostluq hisslərini aşılamaq, uşaqların idmanla bağlı maraqlı fikir və düşüncələrini öyrənmək, yaradıcılıq qabiliyyəti və istedadlarını üzə çıxarmaqdan ibarət olub.


4 il əvvəl