• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri

İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.

Bakı şəhəri Qaradağ rayonu 110 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində təhsil nazirinin müavini Firudin Qurbanov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkili Aydın Hüseynov, müəllim-şagird kollektivi, valideynlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. 

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıb. Nazir müavini 2018-2019-cu tədris ilinin uğurlarından söz açıb və son illərdə ölkə ərazisində yeni məktəblərin tikildiyini, həmçinin əksər təhsil müəssisələrinin əsaslı təmir olunduğunu, maddi-texniki bazasının gücləndirildiyini qeyd edib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilov öz növbəsində rayon üzrə əldə edilən təhsil uğurlarını diqqətə çatdırıb. Sonra məzunları təbrik edən icra başçısı bu günün hər bir insanın həyatında əlamətdar hadisə olduğunu qeyd edib.

Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını bildiriblər.

Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

 

***

Bakı şəhəri 179 nömrəli tam orta məktəbdə  də “Son zəng” tədbiri keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Şahin İsgəndərov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, müəllim və şagirdlər, valideynlər və digər qonaqlar iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Məktəbin direktoru Bayaz Novruzova qonaqları salamlayaraq məzunları təbrik edib və rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ümumi məlumat verib.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilə olan dövlət qayğısını xüsusi qeyd edib və yeni məktəblərin istifadəyə verilməsini yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynadığını bildirib.

Nazir müavini təhsilin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və 2018-2019-cu tədris ilinin uğurlarından danışıb.

Məhəbbət Vəliyeva çıxışının sonunda “Son zəng” münasibətilə məzunları təbrik edib.

Mərasim şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

 

***

 

C.Cabbarlı adına Siyəzən şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Təhsil nazirinin müavini İdris İsayev, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyev və digər şəxslər iştirak edib.

Təhsil nazirinin müavini İdris İsayev əvvəlcə məzunları təbrik edib, onlara yeni həyat mərhələsində uğurlar aruzlayıb. Nazir müavini qeyd edib ki, həyata keçirilən təhsil islahatları bütün ölkədə, o cümlədən Siyəzən rayonunda da yüksək inkişafa stimul olub.

Təhsilə göstərilən dövlət qayğısından söz açan nazir müavini bildirib ki, bu siyasət ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov məzunları təbrik edib və təhsilin inkişafı üçün yaradılan imkanlardan və cəmiyyətdəki  aparıcı rolundan danışıb.

“Son zəng” tədbiri bədii hissə ilə yekunlaşıb.

 

***

 

Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Xətai Rayonu İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Rafiq Quluyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları paytaxtdakı 257 nömrəli tam  orta məktəbdə  keçirilən “Son zəng” tədbirində iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dunyagörüşün formalaşdırılması olduğunu bildirib. O, məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq hər birinə uğurlar arzulayıb. 

Xətai Rayonu  İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Rafiq Quluyev təhsil sahəsinə dövlət qayğısı nəticəsində ümumi təhsil müəssisələrinin əsaslı şəkildə təmir olunduğunu, yeni məktəb binalarının tikildiyini diqqətə çatdırıb. Rafiq Quluyev məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə şagirdlərin ifasında  şeirlər səsləndirilib, rəqslər nümayiş etdirilib.


4 il əvvəl