• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri “Son zəng” tədbirində

İyunun 14-də Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində “Son zəng” tədbiri keçirilib.

Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayon təhsil ictimaiyyətinin nümayəndələri, valideyn və şagirdlər iştirak edib.

“Son zəng” tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov əvvəlcə məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. Ceyhun Bayramov ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyib.

Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbinin uğurlarından söz açan Ceyhun Bayramov bildirib ki, son 5 ildə bu məktəbin məzunlarından 4 nəfər 600-dən çox bal toplayıb. Nazir məktəbin çoxsaylı elm adamları, əmək qəhrəmanları, millət vəkilləri, şair və yazıçılar, beynəlxalq səviyyəli idmançılar, çoxsaylı müəllim, həkim və mühəndis kadrları yetişdirdiyini diqqətə çatdırıb.

Təhsil naziri daha sonra 2018-2019-cu tədris ilində həyata keçirilən uğurlu layihələrdən və təhsil islahatlarından danışıb. Ceyhun Bayramov vurğulayıb ki, görülən işlərin əsas məqsədi hər bir Azərbaycan gənci üçün təhsilin əlçatan olmasını təmin etmək və savadlı nəsil yetişdirməkdir.

Daha sonra çıxış edən Qubadlı Rayonu İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində rayonda təhsilin infrastrukturu yaxşılaşıb, son illərdə 17 yeni məktəb binası istifadəyə verilib, digər məktəblər isə əsaslı təmir edilib.

“Son zəng” tədbirindən sonra Təhsil naziri Ceyhun Bayramov məktəbin 28 nəfər məzunu ilə görüşüb, söhbət edib. Nazir məzunların gələcək təhsil pilləsində uğur əldə edəcəklərinə, onlara yaradılan imkanlardan faydalanaraq cəmiyyətdə layiqli vətəndaş kimi yetişəcəklərinə inamını ifadə edib.

Məzunları bir daha təbrik edən Təhsil naziri onlara yeni həyat mərhələsində uğurlar arzulayıb.

Qubadlı rayonu Hal kənd tam orta məktəbi 1932-ci ildə ibtidai məktəb kimi fəaliyyətə başlayıb. Sonradan yeddi illik və tam orta məktəbə çevrilib. Hazırda məktəbdə 11 sinif komplektində 202 nəfər şagird təhsilə cəlb olunub, onların təlim-tərbiyəsi ilə 23 nəfər pedaqoji heyət məşğul olur.


4 il əvvəl