• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fənn müsabiqələrinin final mərhələsi iyunun 21-də keçiriləcək

Ümumtəhsil məktəblərinin  VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika  fənn müsabiqələrinin  final mərhələsinin tarixi məlum olub. Final mərhələsi 21 iyun 2019-cu il tarixində keçiriləcək.

Təşkilat komitəsinin qərarı ilə final mərhələsi Bakı şəhəri ilə yanaşı Gəncə, Sumqayıt, Mingəçevir, İsmayıllı,  Ağdaş, Şəki,  Şəmkir, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində baş tutacaq. Final mərhələsində 4700-ə yaxın şagirdin iştirakı nəzərdə tutulub. 

Müsabiqənin rayon ( şəhər) mərhələsində ümumilikdə 26 000-nə yaxın şagird iştirak edib. Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib. 

Fənn müsabiqələrinin yekun nəticələrinə əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək.  Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur.

Məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və  olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.


4 il əvvəl