• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

BSU-da rus dili və ədəbiyyatı üzrə XI olimpiadaya yekun vurulub

Beynəlxalq Rus Dili Günü ərəfəsində iyunun 4-də Bakı Slavyan Universitetində (BSU) rus dili və ədəbiyyatı üzrə XI olimpiadanın başa çatması münasibətilə təntənəli mərasim keçirilib.

Mərasim Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Olimpiada turu il ərzində 24 regionda keçirilib. Olimpiadada Azərbaycanın 51 regionunda fəaliyyət göstərən 638 ümumtəhsil müəssisədən 3500-ə qədər şagird iştirak edib, 214 şagird qalib olub.

Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin BSU-nun foyesindəki büstü önünə çiçək dəstələri qoyublar.

Akt zalında Rusiya-Azərbaycan əlaqələrindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xalqlarımız arasında mehriban qonşuluq münasibətlərindən bəhs edən fikirləri səsləndirilib.

Tədbirdə bu gün Azərbaycanda 340 məktəbdə rus dilinin tədris edildiyi, Rusiya Federasiyasında isə 11 min azərbaycanlı tələbənin təhsil aldığı bildirilib. Çıxışçılar uzun illər rus dilinin dünyaya çıxmaq üçün Azərbaycanda əsas vasitə olduğunu dilə gətiriblər. Qeyd olunub ki, tədbir iki böyük sənətkarın - Azərbaycan şairi İmadəddin Nəsiminin 650, A.S.Puşkinin isə 220 illik yubileyi günlərinə təsadüf edir.

Sonra olimpiadanın qaliblərinə dilplomlar təqdim olunub. İlk olaraq Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov olimpiada qaliblərini təbrik edib, onlara diplom və hədiyyələr təqdim edib. Səfir çıxışında Azərbaycanda rus dilinə marağın azalmadığını, əksinə, getdikcə daha da artdığını qeyd edib. M.Boçarnikov gənclərin rus dilinə marağının təsadüfi olmadığını, bunun rus ədəbiyyatına, mədəniyyətinə sevgidən doğduğunu deyib. O, şagirdlərə və onların müəllimlərinə dərindən minnətdarlığını bildirib.

Təhsil nazirinin müavini Firudin Qurbanov bu gün Azərbaycanın 14 ali məktəbində rus dilinin tədris olunduğunu diqqətə çatdırıb. Nazir müavini Azərbaycanla Rusiya arasında əsrlərdən bəri yaxın dostluq münasibətlərinin olduğunu və bu gün həmin estafetin yeni nəslə ötürüldüyünü bildirib.

Olimpiada qaliblərini təbrik edən Xalq yazıçısı Çingiz Abdullayev çıxışında Nəsimi yaradıcılığından danışıb. O, Nəsimini “əqidə mücahidi” kimi xarakterizə edib və onunla bağlı geniş yayılmış rəvayətlərdən söz açıb.

Milli Məclisin deputatı, Azərbaycanda rus icmasının sədri Mixail Zabelin qaliblərə diplom və hədiyyələr təqdim edərək bildirib ki, hər il ənənəvi olaraq keçirilən olimpiada şagirdlərin bilik və bacarıqlarını sərgiləmələrinə imkan verir.

Sonra BSU-nun rektoru, professor Nurlana Əliyeva rus dilinin tədrisinin ölkəmizdə xüsusi ənənəsi olduğunu, dünya ədəbiyyatının bir çox incilərinin məhz bu dil vasitəsilə Azərbaycan oxucularına təqdim edildiyini və eyni zamanda, Azərbaycanın yazıçı və şairlərinin əsərlərinin rus dili vasitəsilə dünyada təbliğ edildiyini bildirib. Rektor Beynəlxalq Rus Dili Günü və Ramazan bayramı münasibətilə iştirakçıları təbrik edib.

“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov, Səməd Vurğun adına Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, BSU-nun nəzdində “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının redaktoru, professor Flora Naciyeva, “Sputnik”in Azərbaycandakı rəhbəri Əziz Əliyev və digər çıxışçılar olimpiada qaliblərini təbrik edərək onlara uğurlar diləyiblər.

Tədbir konsert proqramı ilə davam etdirilib.

 

AZƏRTAC


4 il əvvəl