• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sağlam təhsil” siniflərində “İlk tibbi yardım” mövzusunda təlim

“Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində “Sağlam təhsil” siniflərində dərs deyən müəllimlər üçün “İlk tibbi yardım” mövzusunda təlim keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Sağlam təhsil pedaqogikası” mərkəzi və Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçirilən təlimlərdə 20 müəllim iştirak edib.

Təlimin məqsədi məktəb mühitində baş verən qəzalar zamanı uyğun davranış qaydaları, şagirdlər arasında psixoloji vəziyyətin tənzimlənməsi və ilkin tibbi müdaxilə ilə bağlı müəllimlərin maarifləndirilməsi olub. 

Təlim iştirakçılarına aşağı və yuxarı hərarət, ağır təzyiq altında sıxılma, qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması, ən qısa müddətdə zərərçəkmişin yaxınlıqdakı müalicə müəssisəsinə çatdırılması ilə bağlı əyani məlumatlar verilib. Eyni zamanda müəllimlər maneken-mulyaj üzərində təlim müddətində qazandığı bilikləri nümayiş etdiriblər.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


4 il əvvəl