• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yol hərəkəti qaydalarına dair bilik yarışı

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Yol hərəkəti qaydaları və mən” mövzusunda breyn-rinq intellektual bilik yarışı keçirilib.

Yarışın məqsədi məktəblilərin yol hərəkəti qaydaları haqqında biliklərini daha da gücləndirmək, istedadlı uşaqları aşkar etməkdən ibarətdir. Yarışda Bakı şəhərinin müxtəlif məktəblərindən seçilmiş 30 şagirddən ibarət 6 komanda iştirak edib.

Komandaların çıxışları Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və yol təhlükəsizliyi üzrə ekspertlər tərəfindən qiymətləndirilib.

Yarışın nəticəsinə əsasən, Bakı şəhəri Nərimanov rayonu 34 nömrəli tam orta məktəbin “Sürücülər” komandası I, Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin “Qırmızılar” komandası II, Yasamal rayonu 158 nömrəli tam orta məktəbin “Sərnişinlər” komandası isə III yerə layiq görülüb.

Qalib komandalar və komanda üzvləri diplom və medallarla təltif olunub. I, II və III yerlərin sahibi olan komandalara diplom və yarışın kuboku, bütün iştirakçılara isə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşəkkürnamə təqdim edilib.

Sonda məktəblilər Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıb.


4 il əvvəl