• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“BİR” tələbə-könüllülər 100 mindən çox insanı birləşdirdi

“BİR” tələbə-könüllülərin təşəbbüsü ilə keçirilən “Şuşa yalnız xatirələrdə qalmasın” adlı aksiya ümumilikdə 100 mindən çox insanı əhatə edib.

Aksiya çərçivəsində  sosial şəbəkələrdə Şuşa haqqında maraqlı fakt, şəkil və ya hər hansı bir mətn #birşuşaxatirəsi#shushamemories həştəqləri ilə paylaşılıb. “Bir Könüllü” “Facebook” və “İnstagram” səhifələrində Şuşaya aid maraqlı fakt, foto və videolar ümumilikdə 100.000-dən çox  baxış sayı qazanıb, 800-dən çox paylaşım olub.

Aksiya çərçivəsində şuşalılarla görüşlər təşkil olunub və onların doğma yurdları ilə bağlı xatirələrinin əks olunduğu videoçarx hazırlanıb (www.shushamemories.konullu.edu.az).

Təhsil Nazirliyinin “BİR” tələbə-könüllülərin təşəbbüsü ilə keçirilən bu aksiya işğalından 27 il ötən Şuşanı tanıtmaq, onun haqqında məlumatları, xatirələri ictimaiyyətə çatdırmaq, tələbə-könüllülərin milli ruhunu və vətən sevgisini ön plana çıxarmaq məqsədi daşıyıb.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.


4 il əvvəl